İngiltərə çempionatında 5-ci tura yekun vurlub.
Turun bağlanış qarşılaşmasında bu mövsüm istədiyi kimi çıxış edə bilməyən “Lester” kollektivi doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən matçda ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. “Qırmızı şeytanlar”ın yeni transferi Kristian Eriksenin zərbəsində azacıq dəqiqlik çatmayıb. Buna baxmayaraq qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar. Markus Reşfodun ötürməsini Ceydon Sanço tora qovuşdurub. Geri qalan dəqiqələrdə "Lester" futbolçuları bir neçə dəfə bərabərliyi təmin etmə şansı qazansalar da, əllərinə düşən fürsətləri boşa veriblər. Beləliklə də “Lester” ardıcıl ikinci məğlubiyyətini alıb: "Lester" - "Mançester Yunayted" 0:1